Sərnişin liftləri

Müasir həyatda çoxmərtəbəli binaları sərnişin lifti olmadan təsəvvür etmək çətindir. Məhz sərnişin liftləri üçün ən ciddi təhlükəsizlik, etibarlılıq və rahatlıq tələbləri irəli sürülür. Bizim şirkətimiz Sizə dünyanın qabaqcıl istehsalçılarının liftlərini təqdim etməyə hazırdır. Əksər hallarda qaldırma qabiliyyəti 320 kq-dan 2500 kq-a qədər olan və sürəti 0,5 m / s-dən 2,5 m / s-yə qədər çatan liftlər tətbiq olunur. Bizim şirkətimiz Sizin tələblərinizə uyğun olaraq, sərnişin liftlərinin ayrı-ayrılıqda həm kabin ölçüsünü, həm də kabin dizaynını təklif etmək imkanına malikdir.